BAKI, 26 dekabr. TELEQRAF

ABŞ Silahlı Qüvvələri Nigeriya ərazisində terrorçu “İslam Dövləti” qruplaşmasının (İŞİD, RF-də qadağan olunub) döyüşçülərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında məlumat verib.

O bildirib ki, onun göstərişi ilə ABŞ qüvvələri Nigeriyanın şimal-qərbində fəaliyyət göstərən və əsasən günahsız xristianları qətlə yetirən İŞİD üzvlərinə qarşı güclü zərbə endirib.

ABŞ prezidenti qeyd edib ki, Pentaqon əməliyyat çərçivəsində bir neçə yüksək dəqiqlikli hücum həyata keçirib. Əməliyyatın nəticələri və mümkün itkilər barədə əlavə məlumat verilməyib.