BAKI, 26 dekabr. TELEQRAF

Mərkəzi Bank “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verib.

Teleqraf bu barədə AMB-yə istinadən xəbər verir.

Göstərişə əsasən şirkətə yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması tapşırılıb.

Qeyd edək ki, “AtaSığorta” ASC son 5 ayda: iyul - noyabr aylarında avto-icbari sığorta üzrə müştərilərin ən çox şikayət etdiyi ikinci sığorta şirkəti olaraq qırmızı zolaqda qərarlaşıb.

Əlavə olaraq bildirək ki, şirkət son 4 ildə zərərlə işləyir: 2024-cü ili 299 min 48.56 manat, 2023-cü ili 946 min 985.70 manat, 2022-ci ili 575 min 354.53 manat, 2021-ci ili isə 2 milyon 264 min 865 manat xalis zərərlə başa vurub.