BAKI, 26 dekabr. TELEQRAF

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik edəcək.

Qurumdan Teleqraf- a verilən məlumata görə, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, bayram günlərində metropolitendə gücləndirilmiş iş qrafiki tətbiq ediləcək. Xüsusilə şəhər mərkəzində mədəni-kütləvi tədbirlərin keçirildiyi məkanlara yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri artırılacaq.

Qeyd edək ki, “Bakmil” stansiyasiyası üzrə qatarların hərəkəti 31 dekabr-3 yanvar tarixlərində şənbə, yanvarın 4-də isə bazar gününün qrafiki əsasında tənzimlənəcək.