BAKI, 25 dekabr. TELEQRAF
Yunanıstan sahil mühafizəsi Egey dənizində 52 miqrantı xilas edib.
Teleqraf xəbər verir ki, bir miqrant dənizdə itkin düşüb.
Miqrantlar Avropa Birliyi ölkələrinə getmək üçün Türkiyə və ya Liviyadan Yunanıstana doğru istiqamət alıblar. Amma onların heç də hamısı arzularına qovuşa bilmirlər. Güclü fırtınalar, dalğalar nasaz qayıqları çevirir ki, bu da miqrantların ölümünə səbəb olur. Bu ayın əvvəlində Krit sahillərində miqrant qayığında 17 nəfərin meyiti tapılıb. Daha 15 nəfər itkin düşüb. Qayıq Liviyanın Tobruk limanından yola düşmüşdü və qurbanların əksəriyyəti sudanlı və ya misirlidir.