BAKI, 26 dekabr. TELEQRAF

"Azorel" MMC nizamnamə kapitalının 3 manata azaldığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Şirkətin nizamnamə kapitalı bundan əvvəl 10 manatdan 6 manata endirilib.

Xatırladaq ki, cari ilin avqust ayında “Azorel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkili nəticəsində “Azorel Əmlak” MMC şirkətdən ayrılıb.

Bununla da şirkət müstəqil fəaliyyətə başlayıb və bölünmə balansında göstərilən hüquq və öhdəlikləri "Azorel" MMC-dən alınaraq yeni cəmiyyətə ötürülüb.

Qeyd edək ki, "Azorel MMC" Xəzər dənizinin Bakı sahilində yerləşən, qazma məhlullarının istehsalı, mühəndislik xidmətləri, tullantıların idarə edilməsi və dəniz yükdaşıma həlləri üzrə ixtisaslaşmış müasir texnoloji zavoddur. MMC-nin Halliburton və Swire Oilfield Services ilə əməkdaşlığı var. Şirkət eyni zamanda, SOCAR AQS üçün "Ümid" və "Bulla" yataqlarında mühəndislik xidmətləri göstərir və “Günəşli” yatağına barit maddəsininin təchizatını həyata keçirir. Belə ki, "Azorel" MMC 2021-ci ilin sentyabrında "Ümid" yatağının U1-20 quyusu üzrə, 2022-ci il iyul ayında SOCAR AQŞ MMC tərəfindən elan olunan BULLA – 6 dəniz neft-qaz yatağı 118 nömrəli quyu üzrə “Qazma məhlulu və mühəndislik xidmətləri” tenderlərinin qalibi olub.

"Azorel" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Yusifova Arzu Fərman qızıdır.