BAKI, 25 dekabr. TELEQRAF

İrandan İraqa qaz tədarükünün bir həftə ərzində bərpa olunması gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyinə İranın Energetika Nazirliyindən məlumat verilib.

İranda çərşənbə axşamı bəzi enerji bloklarının fəaliyyətinin dayandırılması və digərlərinin yükünün azalması səbəbindən İraqa qaz tədarükü dayandırılıb.

Nazirlikdən verilən açıqlamada deyilir: "İran tərəfi Energetika Nazirliyinə gözlənilməz hallar səbəbindən qaz təchizatının tamamilə dayandırılması barədə teleqram göndərib".

İran İraqın qaz və elektrik enerjisinə olan ehtiyacının üçdə birindən 40%-ə qədərini təmin edir.