BAKI, 25 dekabr. TELEQRAF

Ermənistan İranla strateji tərəfdaşlıq haqqında sənəd imzalamaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 25-də hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistanla İran arasında münasibətlər hazırda çox yüksək səviyyədədir:

"Bəli, biz İranla strateji əməkdaşlıq haqqında sənəd imzalamaq istəyirik".