BAKI, 14 dekabr. TELEQRAF
Respublikaçılar Partiyasının 2026-cı ilin payızına planlaşdırılan aralıq seçkilərindən sonra Konqresin hər iki palatasında çoxluğu qoruması çətin olacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Görəcəyik necə olacaq. Qalib gəlməliyik. Amma statistik olaraq qalib gəlməyimiz çox çətin olacaq. Əlimizdən gələni etməyə çalışacağıq", – deyə Tramp vurğulayıb.
Tramp həmçinin ölkə üçün milyardlarla dollarlıq investisiyalar təmin etdiyini qeyd edib, lakin bu vəsaitin nə vaxt reallaşacağını bilmədiyini bildirib.
Qeyd edək ki, ABŞ Konqresi üçün aralıq seçkilər 2026-cı il noyabrın 3-də keçiriləcək. Nümayəndələr Palatasının bütün tərkibi (435 üzv) və senatorların üçdə biri (33 üzv) yenidən seçilmək üçün mübarizə aparır. Respublikaçılar hazırda hər iki palataya nəzarət edirlər.