BAKI, 2 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İran parlamentinin sədri ilə danışıqlar apardığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ tərəfi İranın Məclis (parlament) sədri Məhəmməd Baqir Qalibaf ilə əlaqə saxlayır.

Məlumata görə, ABC telekanalına açıqlamasında ABŞ lideri bildirib ki, hazırda İran daxilində vəziyyətə nəzarət edən daha mötədil və praqmatik qüvvələrlə təmaslar qurulub.

Tramp qeyd edib ki, Qalibaf son dövrlərdə ABŞ-yə münasibətdə ritorikasını yumşaldıb. Onun sözlərinə görə, bu, tərəflər arasında dialoq imkanlarını artırır.