BAKI, 2 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın İrana qarşı əməliyyatla bağlı çıxışından sonra "Brent" markalı neftin fyuçers qiyməti 6,5%-dən çox yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə birja məlumatlarında qeyd olunub.
Məlumata görə, Trampın çıxışından əvvəl Bakı vaxtı ilə saat 04:55-də "Brent" nefti 1,35% ucuzlaşaraq bir barel üçün 99,79 dollar təşkil edirdi. Lakin saat 05:33-də qiymət artıma keçərək 106,29 dollara (+5,07%) yüksəlib. Eyni zamanda, may 2026 üçün "WTI" markalı neftin fyuçersləri də 4,09% artaraq 104,21 dollara çatıb.
Saat 08:05-ə olan məlumata əsasən, "Brent" nefti 6,51% bahalaşaraq 107,75 dollar, "WTI" isə 5,38% artaraq 105,51 dollar səviyyəsinə yüksəlib.