BAKI, 1 aprel. TELEQRAF
İraqın şimal-qərbindəki Neynəva əyalətində hava hücumu nəticəsində şiə milislərdən olan "Əl-Həşd əl-Şaabi" briqadasının komandiri öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən "Əl-Cəzirə" telekanalı məlumat yayıb.