BAKI, 1 aprel. TELEQRAF
Livanda son 24 saat ərzində İsrailin hava hücumları nəticəsində azı 50 nəfər həlak olub, 185 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Hərbi eskalasiyanın başlanğıcından bəri mülki şəxslər arasında ölənlərin ümumi sayı 1318-ə, yaralananların sayı isə 3935-ə çatıb. İsrailin hava hücumları nəticəsində İranda 125 uşaq və 89 qadın həlak olub" - məlumatda qeyd olunur.