BAKI, 1 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında bildirib.

"Prezident Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə yaxşı söhbətimiz oldu. Senator Lindsi Qrem və NATO-nun baş katibi Mark Rütte də müzakirəyə qoşulmuşdular. Ukrayna ABŞ-nin ləyaqətli sülhün bərqərar olmasına yönəlmiş bütün səylərini qiymətləndirir. Biz ABŞ ilə təhlükəsizlik zəmanətləri haqqında sənədin təkmilləşdirilməsi üçün yaxın günlərdə yenidən əlaqə saxlamaq barədə razılığa gəldik. Bu, müharibənin dayanıqlı başa çatmasına yol aça bilər", - Zelenski əlavə edib.