BAKI, 3 aprel. TELEQRAF

Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən ailənin bütün üzvləri yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə Teleqraf-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprelin 3-də saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub.

"Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən 5 nəfər Yoluxucu xəstəliklər şöbəsinə, 1 nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların müalicələri davam etdirilir, 5 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.

Məryəm Surxay

***

14:17

Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən ailənin bütün üzvləri evə buraxılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən gün saat 18:10 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hosptalizasiya olunub.

Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti qənaətbəxş qiymətləndirilən 6 nəfər ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.

Məryəm Surxay

***

13:55 / 02.04.2025

Dünən saat 17:40 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub.

Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Məryəm Surxay

***

12:30

SUMQAYIT, 2 aprel. TELEQRAF

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, eyni ailənin 5 üzvü hamam otağında dəm qazından zəhərlənib.

Zəhərlənənlər – 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, 2018-ci il təvəllüdlü Cəbrayılov Məhəmməd Kamil oğlu, 2019-cu il təvəllüdlü Cəbrayılov Həmzə Kamil oğlu, 2021-ci il təvəllüdlü Cəbrayılova Ayişə Kamil qızı və 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət Kamil qızıdır.

Azyaşlılar dərhal xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilir.