BAKI, 2 aprel. TELEQRAF

2026-cı ilin ilk 3 ayı ərzində 6 aptekdə resept əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı aşkarlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sayda azalma müşahidə olunub.

"Belə ki, ötən ilin müvafiq dövründə 12 aptekdə resept əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı aşkarlanıb.

Nöqsan aşkarlanmış apteklərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 452.1-ci maddəsi üzrə protokol tərtib olunub/", - məlumatda qeyd olunub.