BAKI, 2 aprel. TELEQRAF
“Tək millət, üç dövlət” şüarı ilə möhkəmlənən Azərbaycan–Türkiyə–ŞKTR münasibətləri bütün təşkilatımıza örnək olmalıdır".
Teleqraf xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.
“‘Tək millət, üç dövlət” şüarı ilə möhkəmlənən Azərbaycan–Türkiyə–ŞKTR münasibətləri bütün təşkilatımıza örnək olmalıdır. Hədəfimiz bu səmimi və dərin bağı bütün üzv dövlətlərlə genişləndirmək və ŞKTR-in tam üzvlük prosesini uğurla yekunlaşdırmaqdır. Şimali Kipr tam üzv olmağa hazırdır”, - o qeyd edib .