BAKI, 2 aprel. TELEQRAF
İranın ali dini liderinin müşaviri Kamal Xərrazi Tehrana endirilən hücumlardan biri zamanı ağır yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İranın ali lideri Müctəba Xameneinin müşaviri olan Kamal Xərrazi bombardman zamanı hədəfə alınıb və yaralanıb. Bildirilir ki, o hazırda kritik vəziyyətdədir.
Qeyd olunub ki, hadisə ilə bağlı İran rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.