BAKI, 2 aprel. TELEQRAF
Paytaxtın Biləcəri qəsəbəsi 10 May küçəsində ailə münaqişəsi zəminində baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
Teleqraf xəbər verir ki, aprelin 2-si gecə saat 4 radələrində 18 yaşlı Caməmməd Hüseynov 55 yaşlı vXaləddin Hüseynov və 48 yaşlı anası İlhamə Hüseynovanı bıçaqlayıb.
C.Hüseynov atasına 22, anasına 9 bıçaq vurub. Ana-ata yatmış vəziyyətdə olub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs kollec tələbəsidir. Qohumların verdiyi məlumata görə, sevdiyi qızla münasibəti pozulan C.Hüseynovda psixoloji problemlər yaranıb. O, evin tək övladı olub.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bıçaqlanan Xaləddin Hüseynov Biləcəri qəsəbə bələdiyyəsinin əməkdaşıdır. Hadisəni törətməkdə şübhəli bilinən C.Hüseynov tələbədir.
Əraziyə prokorluq əməkdaşları cəlb edilib.