BAKI, 2 aprel. TELEQRAF
İraq neftini Suriya ərazisi vasitəsilə ixrac etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ərəb respublikasının neft nazirliyinin “Facebook” səhifəsində bəyanat dərc olunub.
Nazirlikdən bildirilib ki, milli iqtisadiyyatın dəstəklənməsi və dövlət büdcəsinə maliyyə daxilolmalarının təmin edilməsi məqsədilə neftin qonşu Suriya üzərindən avtosisternlərlə ixracına başlanılıb.