BAKI, 2 aprel. TELEQRAF
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri Əbu-Dabi səmasında İrandan buraxıldığı bildirilən raketi zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə əmirliyin rəsmi qurumları məlumat yayıb.
Açıqlamada bildirilir ki, raket şəhərin qərb hissəsində yerləşən Xəlifə iqtisadi zonası üzərində vurulub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yalnız cüzi maddi ziyan qeydə alınıb.