BAKI, 2 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin Vaşinqton üçün prioritet olmadığını bildirib.

Teleqraf xəbər verir ki,Tramp bu marşrutdan neft idxal edən ölkələrin təhlükəsizliyi özlərinin təmin etməli olduğunu vurğulayıb.

“Bizim buna ehtiyacımız yoxdur. Hörmüz boğazı vasitəsilə neft alan ölkələr həmin marşrut üzrə təhlükəsiz keçidi özləri təmin etməlidir”, - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp İrana qarşı güclü zərbələr endiriləcəyini açıqlamış və ABŞ-nin bir neçə həftə ərzində bu ölkəni ciddi şəkildə zəiflədəcəyini bəyan etmişdi.