BAKI, 2 aprel. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın Amerikanın NATO-dan çıxması ilə bağlı açıqlamaları müttəfiqlər üçün narahatedici siqnaldır”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Çox çətin vəziyyətdir, çünki ABŞ Prezidentinin sözləri ağırlıq daşıyır və onun necə düşündüyünü ortaya qoyur. ABŞ Prezidentinin böyük təsiri var, bu səbəbdən söylədikləri narahatedici siqnaldır. Amma indi sual budur ki, bu barədə nə etməliyik? Bu, əsl qınaqdır”, - o bildirib.

Kallas vurğulayıb ki, bu cür açıqlamalar Vaşinqton və ya onun müttəfiqlərini daha da gücləndirmir.

Avropa İttifaqının baş diplomatı əlavə edib ki, ABŞ-dən İrana qarşı hərbi əməliyyatda kömək üçün heç bir sorğu daxil olmayıb:

“Bildiyim qədər NATO-ya heç bir sorğu daxil olmayıb. NATO-nun köməyə gəlməməsi ilə bağlı ittihamlar əsaslı hesab edilə bilməz”.