BAKI, 2 aprel. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təbriz şəhərindəki raket anbarı İsrail Hərbi Hava Qüvvələri tərəfindən dağıdılıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail Ordusu bundan öncə SEPAH-ın Tehrandakı hərbi bazası və korpusun komandirlərinin olduğu mobil qərargahın genişmiqyaslı hücum dalğasında hədəf aldığını açıqlayıb.
Paytaxt İran rəhbərliyinin infrastrukturuna zərbələr endirilib.
İsrail Müdafiə Qüvvələri “Aslan Nərəsi” əməliyyatı zamanı İranın müxtəlif bölgələrində yüzlərlə hərbi hədəfin vurulduğunu bəyan edib.