BAKI, 1 aprel. TELEQRAF
İran silahlı qüvvələri ABŞ-nin daha iki "MQ-9 Reaper" kəşfiyyat və hücum dronunu vurub.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Dronların İsfahan yaxınlığında yerə salındığı bildirilir. Bununla da ABŞ-nin İrana qarşı son hərbi kampaniyası zamanı itirdiyi "MQ-9" dronlarının ümumi sayı 16-ya çatdı. Hər bir belə dronun orta qiyməti təxminən 34 milyon dollardır.