BAKI, 2 aprel. TELEQRAF

ABŞ administrasiyası Venesuela Prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqezə qarşı sanksiyaların ləğv edilməsini ölkələr arasında uğurlu əməkdaşlıqla izah edib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibinin müavini Anna Kelli “Politico” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rodriqezin öz vəzifəsini uğurla yerinə yetirdiyini və ABŞ ilə səmərəli əməkdaşlıq etdiyini qeyd edib. Kelli vurğulayıb ki, bu qərar iki ölkə arasında sabitliyin möhkəmləndirilməsi, iqtisadi bərpa və Venesuelada siyasi barışığın təşviqi istiqamətində əldə olunan irəliləyişi əks etdirir.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi daha əvvəl Rodriqezin sanksiya siyahısından çıxarıldığını açıqlamışdı.