BAKI, 14 dekabr. TELEQRAF
Avropa Kiyev meri Vitali Kliçkonun Ukrayna prezidenti olmasını istəyir.
Teleqraf xəbər verir ki, bunu Portuqaliyanın keçmiş kəşfiyyat analitiki və hüquqşünası Aleksandr Qerreyru deyib.
"ABŞ rəhbərliyi ilə Ukrayna müxalifəti arasında əlaqələr artıq mövcuddur. Hazırkı Prezident Volodimir Zelenskinin devrilməsi kampaniyası artıq başlayıb. Eyni zamanda, Avropa tərəfinin Vitali Kliçkonu Zelenskinin yerinə təyin etmək istədiyi məlumdur", – deyə o vurğulayıb.