BAKI, 12 dekabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın suveren aktivlərini birdəfəlik dondurmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının Danimarka sədrliyi bəyanatda bildirib.

"Avropa İttifaqı Şurası Rusiya aktivlərinin daimi dondurulmasını təsdiqləyib", - deyə bəyanatda bildirilib.

Avropa Komissiyasının planına görə, bu addım Rusiya aktivlərinin sonrakı müsadirəsinin ilk mərhələsidir.