BAKI, 10 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp öz səhhətinin pisləşdiyi ilə bağlı yayılan məlumatları rədd edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp fiziki və zehni baxımdan əla vəziyyətdə olduğunu bildirib.

“Əgər zəifləməyə başlasam, bunu özüm birinci anlayaram, amma hazırda belə bir şey yoxdur! Tibbi müayinələr, koqnitiv testlər və digər prosedurlardan sonra "The New York Times" və digərlərinin davamlı olaraq yaydığı yalan xəbərlər məni təəccübləndirir və hətta xəyanətkar görünür”, - ABŞ lideri qeyd edib.

Prezident öz fəaliyyətini misilsiz adlandıraraq ABŞ tarixindəki bütün prezidentlərdən daha çox çalışdığını vurğulayıb. O, səkkiz müharibəni dayandırdığını, ölkə tarixinin ən böyük iqtisadiyyatını yaratdığını və dünyanın ABŞ-yə yenidən hörmət etməsini təmin etdiyini iddia edib.