BAKI, 9 dekabr. TELEQRAF
ABŞ konqresvumenı Anna Paulina Luna 2026-cı ildə Ukraynaya 400 milyon dollar ayrılması planlarına qarşı çıxıb.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkə "X" hesabında paylaşım edib.
Lunanın fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın irəli sürdüyü sülh təşəbbüslərini görməzdən gəlir.
“Konqresin hələ də onlara maliyyə ayırması dəhşətlidir. Bu vəsait NDAA-dan (Milli Müdafiə Büdcəsi haqqında Qanun) çıxarılmalıdır”, - deyə o bildirib.
Konqresvumen həmçinin Ukraynada korrupsiya problemlərinə diqqət çəkib.
Qeyd edək ki, ABŞ 2026-2027-ci il büdcəsində Ukraynaya 800 milyon dollar ayrılmasını nəzərdə tutub.