BAKI, 7 dekabr. TELEQRAF

ABŞ və Ukrayna nümayəndə heyətlərinin Mayamidə keçirdiyi görüşdən sonra bir sıra mürəkkəb məsələlər hələ də razılaşdırılmamış olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina "CNN"ə açıqlama verib.

Səfirin sözlərinə görə, danışıqlarda ən böyük çətinliklər ərazi məsələləri və təminatlar ilə bağlıdır. O bildirib ki, müzakirələr hələ nəticə verməsə də, real və qəbul edilə bilən həll yolunun axtarışı davam edir

Rəsmi Kiyev görüşün nəticələrinə dair əlavə detallar açıqlamayıb.