BAKI, 7 dekabr. TELEQRAF
Donald Tramp administrasiyasının Rusiya–Amerika münasibətlərinə dair mesajları əvvəlki ABŞ rəhbərlərinin, o cümlədən Co Baydenin yanaşmalarından ciddi şəkildə fərqlənir.
Teleqraf xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.
Peskov ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən qeyd edib ki, sənəddə Rusiyanın birbaşa təhdid kimi təqdim edilməsi aradan qaldırılıb:
"Sənəddə eyni zamanda Moskva ilə strateji sabitlik sahəsində əməkdaşlığa çağırış yer alır. Ümumilikdə, bu mesajlar əvvəlki administrasiyaların yanaşmaları ilə ziddiyyət təşkil edir”, – Kremlin sözçüsü vurğulayıb.