BAKI, 3 mart. TELEQRAF

2026-cı ilin yanvar ayında Azərbaycan xarici bazarlara 33 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”da qeyd edilib.

Bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 56,4 faiz çoxdur. 2025-ci ilin yanvar ayında 21,1 milyon dollar dəyərində qızıl ixrac edilib.