BAKI, 5 dekabr. TELEQRAF

Mayamidə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar yekunlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə “Obşestvennoye. Novosti” nəşri danışıqlarda iştirak edən mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna tərəfini görüşdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib. Danışıqların digər detallarının açıqlanmadığı bildirilir.