BAKI, 4 dekabr. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ liderinin kürəkəni, iş adamı Cared Kuşner dekabrın 4-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla danışıqlar aparacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, görüş Mayami şəhərində keçiriləcək. Görüşün gündəliyi və müzakirə olunacaq mövzular barədə əlavə detallar açıqlanmayıb.