BAKI, 21 noyabr. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer gələn ay Çinə Siti yaxınlığında yeni səfirlik binası tikməyə icazə verəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, bu qərar MI-5 və MI-6 kəşfiyyat xidmətlərinin planın icrasına “yaşıl işıq” verməsindən sonra veriləcək.

Qəzetin məlumatına görə, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi yalnız layihənin milli təhlükəsizliyə təhlükə yaratmadığı təqdirdə etiraz etməyəcək. Rəsmi qərarın 10 dekabrda elan olunacağı gözlənilir.