BAKI, 17 noyabr. TELEQRAF

İranın xarici işlər naziri Abbas Araqçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Teleqraf "İRNA"-ya istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin son durumu, regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparıblar.

Araqçi region ölkələrinin iştirakı ilə diplomatik təşəbbüslərin və məsləhətləşmələrin davamının vacibliyini vurğulayıb. O qeyd edib ki, regional əməkdaşlığın gücləndirilməsi gərginliyin azalmasına və sabitliyə töhfə verəcək.

Nazir, həmçinin İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığının davam etdiyini bildirib. O vurğulayıb ki, AEBA bitərəf mövqeyini qoruyaraq gərginliyi artıran addımlardan çəkinməlidir