BAKI, 3 mart. TELEQRAF

Türkmənistanın Belçikadakı səfiri Sapar Palvanov Yunanıstanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi İoannis Vrailasla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər. Ticarət dövriyyəsinin müsbət dinamikası və siyasi dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Avropa İttifaqı ilə Türkmənistan arasında əməkdaşlıq ayrıca müzakirə edilib. Əməkdaşlığın intensivləşdirilməsi, hüquqi bazanın gücləndirilməsi və münasibətlərin daha da institusionallaşdırılmasının zəruriliyi vurğulanıb.

Görüşdən sonra tərəfdaşlığın genişləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün qarşılıqlı maraq təsdiqlənib.