BAKI, 3 mart. TELEQRAF
“Bütün dünyada tufan qopduğu, ətrafımızda müharibələr bir-birinin ardınca alovlandığı vaxtda biz sülhü möhkəmləndirməyə davam edirik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
“Əlbəttə, biz istəməzdik ki, hər yerdə tufan olsun. Amma hər yerdə tufanlar varsa, istəyimiz budur ki, biz həmin tufanlardan uzaqda olaq”, - o bildirib.