BAKI, 13 noyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp hökumətin rekord müddətə fəaliyyətinin dayanması fonunda demokratları amerikalıların əzablarından “zövq almaqda” ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Tramp Ağ Evdəki çıxışında bildirib ki, Konqresdəki əksər demokratlar milyonlarla vətəndaşın çəkdiyi əzablardan məmnun idilər.
Dövlət başçısı əlavə edib ki, respublikaçılar demokratların “ölkəni şantaj etməyə yönəlmiş təzyiqlərinə” boyun əyməyiblər.