BAKI, 12 noyabr. TELEQRAF

Türkiyə təyyarəsinin göyərtəsində 20 nəfər olub, onlardan 19-nun meyiti tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qalan bir nəfərin axtarışları davam edir.

***

Türkiyə təyyarəsinin göyərtəsində 20 nəfər olub. Onlardan 18-nin meyiti tapılıb, iki nəfərin axtarışları davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər naziri Geka Geladze jurnalistlərə bildirib.

Geka Geladzenin sözlərinə görə, Türkiyənin daxili işlər naziri ilə daim koordinasiyadadır.

Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.

Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.