Günün yekun nəticələrinə əsasən, Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, donorlardan toplanan qanın ümumi həcmi 1269.45 litr olub.
Qeyd edilib ki, hər il keçirilən bu humanitar aksiya qana ehtiyacı olan xəstələrin müalicəsinə mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə könüllü donorluq ənənələrinin təşviqinə də xidmət edir.
***
14:10
Saat 14:00-a olan məlumata görə, Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyasında qan verən donorların sayı 2534 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplanmış qanın həcmi isə 1140.3 litr təşkil edib.
***
10:38
Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.
Səhiyyə Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib. Nəticədə ümumilikdə 225.45 litr qan toplanıb.
Bildirilib ki, bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.
Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir.
***
09:04
Aşura günü ilə əlaqədar Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında ənənəvi qanvermə aksiyası keçirilir.
Teleqraf xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulacaqlar.
Qeyd edək ki, irsi qan xəstəliklərindən əziyyət çəkənlərə Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Qanvermə aksiyası bu ünvanlarda təşkil olunub:
|
S/n
|
Şəhər, rayon
|
Qanvermə aksiyasının keçirildiyi yer
|
|
1
|
Xəzər
|
Mirmövsüm Ağa Ziyarətgahı
|
|
2
|
Nəsimi
|
Əjdərbəy məscidi (Göy məscid)
|
|
3
|
Nizami
|
“Sahib-əz-Zaman” məscidi
|
|
“Şah Abbas” məscidi
|
||
|
4
|
Səbail
|
“Bibiheybət” məscid ziyarətgahı
|
|
5
|
Sabunçu
|
“İmam-Rza” məscidi
|
|
6
|
Suraxanı
|
“Qaraçuxur” məscidi
|
|
7
|
Yasamal
|
“Təzə Pir” məscidi
|
|
İlahiyyat İnstitutu
|
||
|
8
|
Binəqədi
|
Came məscidi
|
|
“İmam Əli” məscidi
|
||
|
9
|
Gəncə
|
“İmamzadə” məscid ziyarətgah kompleksi
|
|
10
|
Lənkəran
|
Mərkəzi Qan Bankının Lənkəran bölməsi
|
|
11
|
Mingəçevir
|
“Heydər” məscidi
|
|
12
|
Sumqayıt
|
“Cümə” məscidi
|
|
13
|
Şəki
|
“İmam Əli” məscidi
|
|
14
|
Şirvan
|
Şirvan şəhər məscidi
|
|
15
|
Bərdə
|
“İmamzadə” ziyarətgah məscidi
|
|
16
|
Quba
|
Mərkəzi Qan Bankının Quba bölməsi
|
|
17
|
Masallı
|
“Cümə” məscidi
|
|
Masallı r-n Boradigah qəsəbə xəstəxanası
|
||
|
18
|
Göyçay
|
“Əbülfəzlil Abbas” məscidi
|
|
19
|
Xaçmaz
|
Rayon Mərkəzi Xəstəxanası
|
|
20
|
Salyan
|
“Hacı Tağı” məscidi
|
|
21
|
Şuşa
|
“Yuxarı Gövhər ağa” məscidi
|
|
22
|
Ağdam
|
Ağdam şəhər “Cümə” məscidi
|
|
23
|
Naxçıvan şəhəri
|
“Heydər” məscidi
|
|
Sarvanlar məscidi
|
||
|
Pirqəmiş məscidi
|
||
|
24
|
Babək
|
Mərkəzi Rayon Xəstəxanası
|
|
Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri
|
||
|
25
|
Ordubad
|
Rayon Mərkəzi Xəstəxanası
|
|
26
|
Culfa
|
Rayon Mərkəzi Xəstəxanası
|
|
Bənəniyar kənd həkim məntəqəsi
|
||
|
27
|
Şahbuz
|
Rayon Mərkəzi Xəstəxanası
|
|
28
|
Kəngərli
|
Rayon Mərkəzi Xəstəxanası
|
|
29
|
Sədərək
|
Rayon Mərkəzi Xəstəxanası
|
|
30
|
Şərur
|
Rayon Mərkəzi Xəstəxanası
|