BAKI, 11 noyabr. TELEQRAF
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları 31 xarici vətəndaşı ölkədən çıxarıblar.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, son günlər aparılan kompleks əməliyyatlar nəticəsində Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Azərbaycan, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşları – ümumilikdə 31 nəfər Gürcüstan ərazisindən çıxarılıb.
Qeyd olunub ki, mövcud qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılan şəxslərin yenidən Gürcüstana girişi qadağan edilib.