BAKI, 10 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan silahlı qüvvələrin rəhbərliyinin əməliyyat müşavirəsi iştirakçıları ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, görüş zamanı silahlı qüvvələrin inkişafına dair strateji baxış, yeni təhlükəsizlik mühitinin qiymətləndirilməsi, insan resurslarının inkişafı və digər məsələlər müzakirə olunub.
Nikol Paşinyan Ermənistan ordusunun fasiləsiz şəkildə modernləşdirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacib olduğunu bildirib.