BAKI, 4 noyabr. TELEQRAF

HƏMAS israilli girovun cəsədini İsrail tərəfə təhvil verib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, atəşkəs razılaşmasına uyğun olaraq HƏMAS bu vaxta qədər 28 girovdan 20-ni geri İsrailə verib.

***

19:52

Fələstinin HƏMAS hərəkatı daha bir israillinin cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" sosial mediada məlumat yayıb.

“Razılaşmanın bir hissəsi olaraq biz bu gün yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) israilli girovun cəsədini təhvil verəcəyik”, - deyə məlumatda bildirilir.