BAKI, 4 noyabr. TELEQRAF
Rusiya və Çin birtərəfli məcburi tədbirlərə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə məlumat iki ölkə hökumət başçılarının 30-cu müntəzəm görüşünün yekununda qəbul edilən ortaq sənəddə yer alıb.
"Tərəflər birtərəfli məcburi tədbirlərə qarşı mübarizə sahəsində əməkdaşlığı və qarşılıqlı yardımı inkişaf etdirmək üçün bütün mümkün səyləri göstərəcəklər. Onlar dekabrın 4-dən başlayaraq hər il qeyd olunacaq Beynəlxalq Birtərəfli Məcburi Tədbirlərə Qarşı Mübarizə Günü elan edilməsini alqışlayıblar", - sənəddə qeyd olunub.