BAKI, 3 noyabr. TELEQRAF

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin iki günlük rəsmi səfər üçün Çinin Xanço şəhərinə gedib.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, hökumət rəhbərinin təyyarəsi artıq hava limanına enib.

Səfər çərçivəsində tərəflər ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, enerji, sənaye, kənd təsərrüfatı və təhsil kimi istiqamətlərdə birgə layihələrin irəlilədilməsini müzakirə edəcəklər.

Tərəflərin bir sıra ikitərəfli sənədlər imzalayacağı da gözlənilir.