BAKI, 2 noyabr. TELEQRAF

Türkiyənin Antalya şəhərinin, Manavqat rayonunda iki avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, yaralananlardan 10 nəfəri turist olub.

Yol-nəqliyyat hadisəsi nəticəsində Ahmet Korkutalpın idarə etdiyi 34-EKZ-587 Türkiyə dövlət nömrə nişanlı "Safari" markalı avtomobil ilə Çağrı Doğanın idarə etdiyi 47-J-058 Türkiyə dövlət nömrə nişanlı "Safari" markalı avtomobil toqquşub.

Toqquşma zamanı 34-EKZ-587 Türkiyə dövlət nömrə nişanlı "Safari" markalı avtomobil aşıb, avtomobildə olan 4-ü İsveç, 4-ü İngiltərə, 2-si Polşa vətəndaşı olmaqla 10 xarici turist və sürücü yaralanıb.

Hadisə yerinə Antalya Böyükşəhər Bələdiyyəsinin Xilasetmə İdarəsinin Manavgat bölməsindən xilasetmə qrupu, Manavgat Rayon Jandarma Komandanlığının Sarılar Jandarma Bölməsi və jandarmanın yol patrul qrupları cəlb edilib.