BAKI, 29 oktyabr. TELEQRAF

Suriya rəsmən Kosovonu müstəqil dövlət kimi tanıyıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriya Kosovo ilə mümkün qədər tez diplomatik münasibətlər qurmağa ümid edir.