BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp noyabrın 8-də Macarıstanın Baş naziri Viktor Orbanla görüşməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbələrə görə, görüşün yeri hələ dəqiqləşdirilməyib.

Bir müddət əvvəl Macarıstan Baş naziri Viktor Orbanın noyabrın əvvəlində Vaşinqtona səfər edəcəyi və Donald Trampla görüşəcəyi açıqlanmışdı.