BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ-Rusiya sammiti ləğv edilməyib, qeyri-müəyyən müddətə təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov iki ölkə prezidenti - Vladimir Putin və Donald Tramp arasında görüşün nə vaxt keçiriləcəyindən danışarkən deyib.

O, şərtlər müəyyən edildikdən sonra görüş tarixinin təyin olunacağını bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, Trampın Ukraynadakı sülh təşəbbüsləri ilə bağlı ritorikası hazırda bir qədər fərqlidir.

"Bu, Avropa İttifaqının təzyiqi ilə formalaşır", - nazir müavini əlavə edib.